Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşir.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə 20 manat rüsum ödənilməsi təklif edilir.
Həmçinin, layihəyə əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün ayrılıqda 30 manat rüsum müəyyən edilir.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
- Bu, ABŞ-İran toqquşmasına səbəb ola bilər - Rezai
- Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
- Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!