Bəhruz Nəzərov Təhsil TV-nin direktoru təyin edilib.
BUTA.TV xəbər verir ki, əmək fəaliyyətinə media sahəsində başlayan Bəhruz Nəzərov müxtəlif illərdə Speys Müstəqil Teleradio Şirkətində, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində, “ATV International” telekanalında, Yurd TV-də müxtəlif vəzifələrdə çalışıb.
Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda “Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
Bəhruz Nəzərov 2012-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.
- Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü
- FHN: Taxıl zəmilərində bunlar qadağandır - Video
- Bakı-Tbilisi qatarına biletlər qalıb?
- Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə...
- Kapital Bank istiqrazlarına abunə yazılışı başladı
- General yüksək vəzifəyə təyin edildi - Foto
- Süni intellekt üçün internet Bakcelldən
- Bakıda beynəlxalq konfrans keçiriləcək