Bəzi məhsullar gömrük rüsumundan azad edilir.
BUTA.TV xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müakirə edilən "Gömrük tarifi haqqında” qanuna qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.
Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
- Atasının ölüm xəbərini alan gəmi kapitanının ürəyi dayandı
- Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
- Xaricdə təhsil və diplom vədi... - Aldanmayın!
- Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü
- FHN: Taxıl zəmilərində bunlar qadağandır - Video
- Bakı-Tbilisi qatarına biletlər qalıb?
- Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə...
- Kapital Bank istiqrazlarına abunə yazılışı başladı