Bu avtobusun hərəkət sxemi dəyişir

14:48 - 15 İyul 2026 - GÜNDƏM

 Bu avtobusun hərəkət sxemi dəyişir

İyulun 16-dan M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Heydər Əliyev prospektinin kənar yolu, Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti, Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq. Daha sonra isə yoluna mövcud hərəkət sxemi ilə davam edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol