Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk

21:05 - 16 İyul 2026 - GÜNDƏM

 Taxt-taca çıxmaq üçün 3 il əsgərlik çəkdi - 150 ildən sonra ilk

İspaniya şahzadəsi Leonor üç ildən ibarət hərbi hazırlığını rəsmi olaraq başa vurub.

BUTA.TV” xarici KİV-ə istinadən xəbər verir ki, o, quru qoşunları, hərbi dəniz qüvvələri, hava və kosmik qüvvələrdə təlim keçərək gələcəkdə İspaniya Kraliçası və Silahlı Qüvvələrin Ali Baş Komandanı vəzifəsinə hazırlaşır.

Məlumata görə, təlim zamanı Leonor həm gündüz, həm də gecə paraşüt tullanışlarını uğurla yerinə yetirib və bununla da paraşütçü ixtisası alan ilk İspaniya kral ailəsi üzvü olub.

Qeyd edək ki, Leonorun təxminən 150 ildən sonra İspaniyanın taxta çıxacaq ilk qadın hökmdarı olacağı gözlənilir. Bu baxımdan, onun hərbi hazırlığını başa vurması ölkə tarixində əlamətdar hadisə kimi qiymətləndirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol