Ramazan Nəbiyevə yüksək vəzifə verildi

12:51 - 17 İyul 2026 - GÜNDƏM

 Ramazan Nəbiyevə yüksək vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) yeni təyinat olub.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, Ramazan Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Ramazan Nəbiyev bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, 2018-2024-cü illərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində müxtəlif vəzifələrdə, o cümlədən İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2024-cü ilin sentyabrından isə AQTİ-də sədr müavini idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol