Timur Tkaçenko Kiyev şəhər hərbi administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.
“BUTA.TV” Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, əslən Azərbaycandan olan T.Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. Hələ may ayında yerli mətbuatda onun istefa ərizəsi yazdığı barədə məlumat yayılmışdı.
36 yaşlı Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
- Nəriman Həsənzadənin vəziyyəti ağırdır
- Final təyinatı onu kövrəltdi - Video
- Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı
- NK-da əhalinin siyahıyaalınmasına dair iclas keçirilir
- “Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!
- Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edildi
- Milli Depozit Mərkəzində yeni təyinat - Foto
- Zelenski Azərbaycanəsilli məmuru işdən çıxardı