Ceyranbatan–Maştağa magistral su xəttində aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Bu barədə BUTA.TV-a Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə, xəttin 6-cı kilometrində diametri 1 200 millimetr olan magistral su kəmərinin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.
Bildirilib ki, təmir işləri fasiləsiz rejimdə həyata keçirilib:
"Hazırda təmir-bərpa işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara ötürüləcək və daha sonra ərazidaxili şəbəkəyə veriləcək".
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
- Prezident qəbul keçirdi - Fotolar
- "TuranBank" və ITFC arasında uğurlu əməkdaşlıq...