Bina evində şəxsi bağçalı mənzil almaq mümkündürmü?
Şəhərin mərkəzində yaşayaraq özünə məxsus bağçaya sahib olmaq çoxlarının arzusudur. Məhz buna görə bağçalı mənzillər son illər alıcıların ən çox maraq göstərdiyi seçimlərdən birinə çevrilib.
"Park Yasamal" yaşayış kompleksi də yeni satışa çıxarılan bağçalı mənzilləri ilə bu imkanı təqdim edir. Hazır və tikintisi davam edən binalarda 2, 3, 4 otaqlı, eləcə də studiya tipli bağçalı və terraslı mənzil seçimləri satışdadır. Burada hər kəs öz həyat tərzinə və ehtiyacına uyğun mənzil tapa bilər.
Burada uşaqlar üçün təhlükəsiz oyun guşəsi yarada, istirahət küncü qura, sevdiyin bitkiləri yetişdirə və ya ailənlə açıq havada daha çox vaxt keçirə bilərsən. Bütün bunları yaşayış kompleksindən ayrılmadan, öz mənzilinin bir hissəsi kimi istifadə etmək mümkündür.
"Park Yasamal"həmçinin, sakinlərə geniş imkanlara malik kompleks həyatını təqdim edir. Sakinlər üçün yaradılmış göl ətrafı istirahət zonaları, geniş və yaşıl park, futbol meydançası, özəl uşaq bağçası, 24/7 kamera nəzarət sistemi, geniş və təhlükəsiz avtodayanacaq gündəlik həyatı daha rahat və təhlükəsiz edir. Kompleksin ətrafında isə gündəlik yaşam üçün lazım olan bütün infrastruktur mövcuddur.
Kompleks Yasamalda , 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaxınlığında yerləşir və şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı yaradır. Bundan əlavə, uzun illər "Qanlı göl" kimi tanınan su hövzəsinin ətrafında həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı abadlıq və yenidənqurma layihəsi bu ərazinin gələcəkdə daha müasir şəhər parkına çevriləcəyini göstərir.
"Park Yasamal"da həm binaların yerləşməsi, həm də mənzillərin planlaşdırılması maksimum rahatlıq prinsipi ilə hazırlanıb. Binaların optimal düzülüşü sakinlərin kompleksin bütün imkanlarından daha səmərəli istifadə etməsinə şərait yaradır. Mənzillər isə itkisiz planlandığı üçün istifadə sahəsi maksimum qorunur. Bu isə eyni kvadratmetrdə daha funksional və rahat yaşayış deməkdir.
Kompleksdə istifadə olunan təmir materialları Avropanın tanınmış brendlərinə məxsusdur. Mənzillər sakinlərə tam təmirli şəkildə təhvil verilir.
Mənzil sahibi olmaq istəyənlər üçün müxtəlif maliyyələşdirmə imkanları da təqdim edilir. Mənzilləri 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. Şirkətin təqdim etdiyi yeni "Evini hissə-hissə al" satış modeli isə mənzilə aylıq öhdəliksiz və faizsiz şərtlərlə sahib olmaq imkanı yaradır.
Əgər sən də bina evində şəxsi bağçalı və ya terraslı mənzil sahibi olmaq istəyirsənsə, "Kristal"ın satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edərək ətraflı məlumat əldə edə bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Kamil Rəhimli küçəsi
- Habil Əliyevin adı bu məktəbə verildi
- Magistraturaya qəbulun nəticələri açıqlandı
- Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
- Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı