Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
"Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Çolpon-Ata şəhərinin meri Rustam Kadırkulov mübadilə ediblər.
"Azərbaycan Respublikasının Qəbələ şəhəri ilə Qırğız Respublikasının Karakol şəhəri arasında qarşılıqlı əməkdaşlıq və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Memorandum"u Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Karakol şəhərinin meri Talantbek İmanov mübadilə ediblər.
"Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə ediblər.
- Qarabağ Universitetinə qəbul balları açıqlandı
- Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi
- Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanıldı
- Səba Mağazalarından alış-veriş indi daha sərfəli!
- Bakı metrosunda yeni təyinatlar - Foto
- Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
- Azərbaycan və Qırğızıstan prezidentləri təltif olundu
- Prezident rəsmi qarşılandı - Fotolar