Samux rayonunda Kür çayında batan 17 yaşlı qızın meyiti tapılıb.
“BUTA.TV” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Gəncə şəhər sakini 2009-cu il təvəllüdlü Gülnaz Məmmədovanın cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə ötən gün Kür çayının Samux rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, 17 yaşlı qız çayda çimərkən boğulub.
Gülnaz ailəsi ilə birlikdə Kür çayının sahilində istirahətə gəlibmiş. O, bu il 11-ci sinfi bitirib.
***
APA-nın məlumatına görə, G.Məmmədova kikboksinq idman növü ilə məşğul olub. Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.
Mərhumun nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz görə-görə nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girib”.
Yunis Quliyev
- Tibb Universitetində təhsil haqları aşağı salındı - Qiymətlər
- Azərbaycanın daha iki ölkədəki səfirləri geri çağırıldı
- Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
- Nərgiz Qurbanova vəzifəsindən geri çağırıldı
- Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı
- Rəsmi Tehrandan 3 ölkənin imzaladığı tarixi sazişə - Reaksiya
- Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
- 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı