İstanbulun Şile rayonunda məscidin dəstəmaz fəvvarəsinin tikintisi üçün nəzərdə tutulan materialların oğurlanması ilə bağlı 4 nəfər saxlanılıb.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 5-də gecə saatlarında Geveze Yokuşu ərazisində, Meydan küçəsində baş verib.
Şiledə tikinti işlərində çalışdıqları bildirilən Azərbaycan vətəndaşları N.M., N.N., R.A. və H.A. Kılıçarslan məscidinin tikintisi davam edən dəstəmaz fəvvarəsinə məxsus inşaat materiallarını oğurlayarkən polis tərəfindən cinayət başında yaxalanıblar.
Hadisə ərazidən keçən bir şəxsin gecə saatlarında qırmızı rəngli mikroavtobusa material yükləyən şəxsləri görməsi və polisə məlumat verməsi nəticəsində üzə çıxıb. Əraziyə gələn polis əməkdaşları şübhəliləri materialları avtomobilə yükləyərkən saxlayıblar.
Şile polisinin apardığı araşdırma zamanı oğurlanan və bazar dəyərinin təxminən 150 min Türkiyə lirəsi (təxminən 5300 manat) olduğu bildirilən tikinti materialları Kabakoz kəndindəki daş ev tikintisində aşkarlanıb.
Hadisədən sonra 4 nəfərin Türkiyədən deportasiya edildiyi bildirilib. Həmçinin tikintinin qanunsuz olduğu müəyyənləşdirildiyindən Şile Bələdiyyəsi tərəfindən obyekt möhürlənib. Oğurlanan materiallar isə geri qaytarılıb.
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni qazandı, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!
- Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video