Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin “X” hesabında paylaşım edilib.
“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, - deyə paylaşımda qeyd olunub.
- Tibb Universitetində təhsil haqları aşağı salındı - Qiymətlər
- Azərbaycanın daha iki ölkədəki səfirləri geri çağırıldı
- Prezident Belçika və Polşaya yeni səfirlər təyin etdi
- Nərgiz Qurbanova vəzifəsindən geri çağırıldı
- Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı
- Rəsmi Tehrandan 3 ölkənin imzaladığı tarixi sazişə - Reaksiya
- Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
- 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı