Ötən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində - “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarının birində baş verən yanğının qəsdən törədilməsi məlum olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, yanğından əvvəl həmin mənzildə orta yaşlı kişinin əlində balta ilə mətbəxdə dağıntılar törətməsi, əsəbi şəkildə hərəkətlər etməsi qonşular tərəfindən lentə alınıb.
Həmin görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
- Prezidentlə xanımını alqışlarla qarşıladılar - Video - Yenilənir
- Əliyev Zelenskini təbrik etdi
- 1643-cü gün: Rusiyanın itkiləri yeniləndi
- Britaniyanın baş naziri Kiyevdə - Foto
- Bayramın qardaşı həbsdə vəfat etdi - Anasının ölümündə şübhəli idi
- Azərbaycanda ilk - Kriptovalyuta dövlət nəfinə müsadirə edildi
- Tramp qolf üçün İrlandiyaya gedir
- Dünənki yanğın qəsdən törədilibmiş - Hadisədən əvvəlki görüntülər