İranın xarici işlər naziri Abbas Arakçı ilə Qətər Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani arasında telefon danışığı olub və tərəflər regiondakı son hadisələri nəzərdən keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Arakçı Teleqram kanalında məlumat yayıb.
"Bölgədə gərginliyin artmasının qarşısını almaq üçün diplomatik imkanlardan istifadə edilməsinin və koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb", - məlumatda bildirilib.
Abbas Arakçı Pakistanın Quru Qoşunlarının komandanı Asim Munirlə də telefonla danışıb:
"Tərəflər regiondakı son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçirməklə yanaşı, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün məsləhətləşmələrin, birgə səylərin davam etdirilməsinin zəruriliyini qabardıblar".
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident
- Tahir Gözəl və Qurbanov “Sabah”ı alqışlayır - Video