Jalə Əhmədova da tələbə oldu

12:14 - 28 Avqust 2026 - GÜNDƏM

 Jalə Əhmədova da tələbə oldu

Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var.

BUTA.TV” xəbər verir ki, bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib.

Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq.

Qeyd edək ki, J.Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Hüquq fakültəsini bakalavr, BDU-nun Beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub.

Xatırladaq ki, Jalə Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol