İslandiyanın AB-yə üzvlük danışıqlarından imtinasının əsas səbəbi balıqçılıq olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
“İmtina kampaniyasının əsasını, ilk növbədə, ölkənin milli kimliyinin təməlini təşkil edən məsələlər təşkil edib. Birincisi, nəsillər boyu böyük çətinliklə əldə edilmiş və heç bir halda Brüsselə verilməməli olan suverenlikdir. İkincisi isə hələ də İslandiya iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalan balıqçılıqdır. Üzvlüyün balıqçılıq kvotaları üzərində nəzarətin itirilməsi və İslandiya sularının xarici şirkətlərin istifadəsinə açılması ilə nəticələnəcəyi barədə xəbərdarlıq AB-yə üzvlüyə qarşı kampaniyanın əsas məqamlarından biri olub. Bir çox seçici də imtina qərarının səbəbi kimi məhz bunu göstərib”, - məlumatda deyilib.
Qeyd edək ki, islandiyalılar AB ilə üzvlük danışıqlarının bərpasının əleyhinə səs veriblər.
Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- Putin və Szinpin görüşdü
- Ərdoğan da Bişkekdədir – Foto
- İspaniyada dəhşətli istilər: 5 mindən çox insan öldü
- Putin Qırğızıstanda səfərdədir - Video
- Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto
- Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
- İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur
- Paşinyan Bişkekdə Modi ilə görüşdü