Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto

15:42 - 31 Avqust 2026 - GÜNDƏM

 Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto

Füzulidə yol-nəqliyyat hadisəsində həyatını itirən sürücünün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu müəyyənləşib.

BUTA.TV”nun məlumatına görə, qəza zamanı avtomobili ağaca çırpılaraq həyatını itirən 1999-cu il təvəllüdlü Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqat qrupunun rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, hadisə Füzuli rayonunun Molla Məhərrəmli kəndi ərazisində baş verib. Sahil Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə, sürücü hadisə yerində ölüb.

Ziya Əmirxanlı



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol