Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib.
“BUTA.TV” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
***
Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.
Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirəcək bu Oyunlar çərçivəsində köçəri xalqların tarixən formalaşdırdıqları ənənəvi qədim idman növləri, o cümlədən atçılıq, güləş, oxatma və digərləri üzrə yarışlar təşkil ediləcək.
Sentyabrın 6-dək davam edəcək tədbir çərçivəsində iştirakçı ölkələrin mədəni irsi və milli adət-ənənələri də təqdim olunacaq.


























- Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
- Rusiya və Ermənistan münasibətləri... – Zaxarova
- Bessent rus nazirə xəbərdarlıq etdi: Razılaşma olmayacaq
- Rusiya daha iki yaşayış məntəqəsini işğal etdi
- Putin çıxış etdi, Peskov yuxuladı - Video
- Ermənistanda keçmiş komitə sədri saxlanıldı
- Putin mühafizəçilərinin sayını yenidən artırdı
- Ərdoğan, Putin və Lukaşenko görüşdü - Foto