Rusiya ordusu Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib. Hücumlar nəticəsində 6-sı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, ümumilikdə 7 nəfər ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə UDY-nin rəhbəri Aleksandr Pertsovski Feysbuk hesabında məlumat paylaşıb.
O qeyd edib ki, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib:
"Bundan başqa deponun yaxınlığında sex tamamilə dağılıb, xilasedicilər hələ də bir sıra yanğın ocaqlarını söndürürlər. Zərbə səbəbindən iki xəttdə hərəkət müvəqqəti olaraq bağlanıb".
- Putin bunu eşidən kimi Retklifflə görüşdən imtina edib
- Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
- Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
- ABŞ öhdəliklərini yerinə yetirsə, İran qarşılıq verəcək – Pezeşkian
- Rusiya Rumıniya sərhədindəki məntəqəni vurdu
- Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
- İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar
- Putin müharibə istəyir, amma sentyabrda... - Zelenski