Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil. Lakin, diplomatik cəbhədə sülh prosesi ilə bağlı mühüm nailiyyətlər əldə etmək mümkündür.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Təəssüf ki, hazırda həm bizim, həm də tərəfdaşlarımızın bütün kəşfiyyat məlumatları Rusiya liderinin şəxsən daha çox müharibə istədiyini göstərir", - deyə Zelenski bildirib.
Prezident qeyd edib ki, Rusiya cəmiyyətinin böyük əksəriyyəti artıq təmas xətti boyunca müharibənin dayanmasını istəyir:
"ABŞ prezidentinin nümayəndələrinin nəyə nail ola biləcəyini görəcəyik. Sentyabr çox şeyi dəyişə bilər və biz tərəfdaşlarımızla birlikdə insanları qorumaq və sülhü təşviq etmək üçün əlimizdən gələni etməliyik".
- Bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
- ABŞ öhdəliklərini yerinə yetirsə, İran qarşılıq verəcək – Pezeşkian
- Rusiya Rumıniya sərhədindəki məntəqəni vurdu
- Paşinyanla Putinin görüşü sərt keçəcək - Balasanyan
- İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar
- Putin müharibə istəyir, amma sentyabrda... - Zelenski
- Kiyevdə "Ukrayna Dəmir Yolları"nın deposu vuruldu: 7 ölü
- Japarov sammit iştirakçılarını qarşılayır - Canlı