Rusiyanın Krasnoyarsk vilayətinin Kansk şəhərində məktəbdə tədbirdən əvvəl VII sinif şagirdi müəllimə hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, şagird müəllimin üzünə bibər qazı sıxıb, daha sonra isə bıçaq çıxarıb.
“Şagirdlərdən birinin anası hücum edən qızın qarşısını ala bilib. Hücuma məruz qalan fizika müəllimi ciddi xəsarət almayıb. Ümumilikdə, hücum nəticəsində 7 nəfər xəsarət alıb. Yaralananlardan 5-i məktəblidir. Zərərçəkənlər xəstəxanaya çatdırılıb və ambulator tibbi yardım göstərildikdən sonra buraxılıblar”, - məlumatda qeyd olunub.
Məktəbli qızın saxlanıldığı bildirilir.
- Nepalda ölənlərin sayı 1000 nəfəri keçdi
- Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
- Pezeşkian qızına ana dilində müraciət etdi - Video
- Rusiya hücumu: 12 nəfər öldü, onlarla yaralı var
- Məhkəmədən İmran Xan və xanımı ilə bağlı qərar
- 1651-ci gün: Rusiyanın itkiləri yeniləndi
- İran liderləri dəlidirlər - Vens
- Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı