Qazaxıstanın Almatı şəhərində marketdə boğulmaq təhlükəsi ilə üzləşən gənc qızı hərbçi xilas edib.
BUTA.TV xəbər verir ki, qız qəfil özünü pis hiss edib və nəfəs almaqda çətinlik çəkərək boğulmağa başlayıb.
Həmin vaxt marketdə olan mayor Həsən Sultan Sarsenbaqov vəziyyətə müdaxilə edib. Hərbi diviziyanın komandiri olan mayor qızın nəfəs borusuna yad cismin düşdüyünü müəyyənləşdirərək xüsusi ilk yardım texnikasından istifadə edib.
Onun müdaxiləsi nəticəsində qızın tənəffüsü bərpa olunub və nəfəs borusuna düşən qida parçası çıxarılıb.
Hadisə zamanı göstərilən operativ yardım qızın həyatını xilas edib.
- ABŞ İrana nüvə zərbəsi endirə bilərmi? - Tramp açıqladı
- Rusiyada qaz-kondensat yatağında partlayış oldu
- Marketdə saqqızdan boğulan qız belə xilas edildi - Video
- Rusiya Türkiyə və Azərbaycan sərhədlərinə... - Mirzoyan
- Prezidentlə xanımının mərasimdən - Fotoları
- Dolu yağacaq
- Ukrayna savaşı sona yaxınlaşır - Putindən inanılmaz
- “Əla İstisu var, özümlə gətirmişəm” - Əliyevlə Pezeşkianın səmimi dialoqu