Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - Video - Fotolar - Yenilənib

10:50 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi - Video - Fotolar - Yenilənib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.

BUTA.TV” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.

***

Dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Sadır Nurqojoyeviç.

Hörmətli dövlət başçıları.

Xanımlar və cənablar.

Əvvəlcə Qırğız Respublikasının Prezidentinə dəvətə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.

Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı. Həmin tarixi sənəd Azərbaycanla Qırğızıstan arasında münasibətləri ən yüksək səviyyəyə qaldırdı.

Mən fürsətdən istifadə edərək ölkənin sosial-iqtisadi inkişafında əldə edilmiş uğurlar, onun beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi münasibətilə Prezidenti və Qırğızıstan xalqını təbrik etmək istərdim. Qırğızıstanın 2027-2028-ci illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq ictimaiyyətin Qırğızıstanın siyasətinə verdiyi dəstəyi nümayiş etdirir.

Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi. Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər. Son vaxtlara qədər dörd il ərzində Qoşulmama Hərəkatına rəhbərlik etmiş Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

Diqqətinizə görə minnətdaram.

Qırğızıstan Prezidenti Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, bu qədər əhatəli çıxışınıza görə Sizə çox təşəkkür edirəm. Məhz belə geniş dialoq ədalətli, çoxqütblü dünyanın formalaşdırılması üçün zəruridir.
























Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol