Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
“BUTA.TV” xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olunub.
Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edilib.
Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.




- Prezident Hindistanın Baş naziri ilə söhbət etdi - Fotolar
- Rusiyada şagird müəllimə hücum etdi: yaralılar var
- Putin bunu eşidən kimi Retklifflə görüşdən imtina edib
- Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
- Prezident “ŞƏT plyus” formatında görüşdə iştirak edir - Video - Fotolar
- Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi
- ABŞ öhdəliklərini yerinə yetirsə, İran qarşılıq verəcək – Pezeşkian
- Rusiya Rumıniya sərhədindəki məntəqəni vurdu