Ukraynaya görə bu iki ölkəyə təzyiq edilir - Blumberq

08:33 - 1 Sentyabr 2026 - GÜNDƏM

 Ukraynaya görə bu iki ölkəyə təzyiq edilir - Blumberq

Kiyevin Rusiyanın artan hava hücumlarına qarşı mübarizə apardığı bir vaxtda NATO və AB ölkələri İspaniya və Yunanıstana “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsi üçün təzyiq göstərirlər.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir.

AB rəsmisinin sözlərinə görə, bu məsələ çərşənbə axşamı və çərşənbə günü AB müdafiə və xarici işlər nazirlərinin Dublində görüşündə gündəmdə olacaq.

Bildirilib ki, Ukrayna son aylarda Moskvanın artan zərbələrini dayandıra bilmədiyini iddia edərək, əlavə hava hücumundan müdafiə sistemləri tələb edir. Ölkə xüsusilə “Patriot” sistemi üçün əlavə təchizata ehtiyac duyur.

Bu məqamda İspaniya və Yunanıstanın Ukraynanın müttəfiqləri arasında ən böyük “Patriot” tutucu sistemlərindən bəzilərinə sahib olduğu bildirilir. Hər iki ölkənin həm də istifadə müddəti sonuna yaxınlaşan tutucu raket ehtiyatları var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol