Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Qafqazda ilk “Apple Shop” “Kontakt”da açılır - Həsən İsrafilzadə
- Naxçıvana uçuşlar ləğv edildi
- Bu günə olan Bakı - Naxçıvan reysləri - Ləğv edildi
- Azərbaycanda quru sərhədlərlə bağlı qərar...
- Xüsusi karantin rejiminin müddəti yenə uzadıldı
- Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…