Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi dəyişdirilə bilər.
BUTA.TV xəbər verir ki, bu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
"Bizim iradəmiz seçkilərin vaxtında, iyunun 18-də keçirilməsindən ibarətdir. Lakin bu tarixlə bağlı yarana biləcək bəzi problemlərlə, o cümlədən sözügedən zamanda vətəndaşlarımızın ölkədaxili səfərlər etməsi ilə bağlı qiymətləndirmə aparılır", - deyə Çelik bildirib.
Onun sözlərinə görə, seçkilərin keçiriləcəyi tarixin dəyişdirilməsi halında, bu, erkən seçkilər kimi qiymətləndirilməməlidir.
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Naxçıvana uçuşlar ləğv edildi
- Xüsusi karantin rejiminin müddəti yenə uzadıldı
- Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…
- "Ford" səkiyə çırpıldı: sürücü belə xilas edildi - Video
- Maaş və sosial ödənişlərdə artım olacaq?