Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanılıb.
DSX-nin mətbuat xidmətindən BUTA.TV-a bildiriblər ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyənləşib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi