“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 16,5 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 620 gəmi Ukrayna limanlarını tərk edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində Yeni il tətillərində Ukraynanın ərzaq məhsulları ilə dolu daha 9 gəmisi Odessa limanlarını tərk edib.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 432 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb.
Hazırda Odessa limanlarında 19 gəmi emal mərhələsindədir.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.
- Azərişıq ASC-yə sertifikatlar təqdim olundu
- "Bakcell"in dəstəyi ilə - “SummerStack Bootcamp” başladı
- Məhz güclü Ordumuzun sayəsində... - Deputat
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Naxçıvana uçuşlar ləğv edildi