Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki gündə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən 5 nəfər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, onlardan 3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən ilk əməliyyat zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Radik Hacıyev saxlanılıb.
Onun üzərinə, eləcə də yaşadığı ünvana baxış keçirilərkən ümumilikdə 1 kiloqram 400 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb.
Keçirilən digər əməliyyatlar nəticəsində isə daha 4 nəfər rayon sakini – Rəşad İsmayılov, Nicat Məmmədov, Murad Səlimov və Taleh Əzizov tutularaq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətləri törətdikləri üçün məhkum olunmuş şəxslərdir.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi