ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“Bildiyiniz kimi, Blinken şəxsən bu prosesdə iştirak edir. O, Ermənistan və Azərbaycandan olan həmkarları ilə müntəzəm danışıqlar aparmaqla prosesə şəxsi töhfəsini verir. Biz dövlət katibinin yaxın günlərdə həmkarları ilə yenidən danışmaq imkanı əldə edəcəyini gözləyirik”, - Prays deyib.
O qeyd edib ki, ABŞ Cənubi Qafqaza sülh gətirmək üçün tərəfdaşlarla işləyir.
- Bakıda zibillikdən “Şevrolet Kobalt” tapıldı - Foto
- Anar Əliyev Salyanda vətəndaşları qəbul etdi
- Nazirdən maraqlı izah: 8 min qoyub, 3 aya...
- ABB istifadəçilərinə mühüm xəbərdarlıq: Əlavə vəsait silinir
- Xətaidə xalq şairinin yubileyi təntənəli qeyd olundu - Video
- Neftçalada axund qara bayrağı polisə təhvil verdi
- Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
- Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu