"Qarabağ"dan "Krasnodar"a transfer olunan Kadi Borgesin Rusiya təmsilçisindəki maaşı müəyyənləşib.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi yeni klubunda illik 2 milyon avro qazanacaq. Bu, onun “Qarabağ”dakı qazancından azı 3 dəfə çoxdur. Kadinin Ağdam klubundan ayrılmasında onun şəxsi müqaviləsində maaşının çoxluğu əsas rolu oynayıb.
Qeyd edək ki, Kadinin "Krasnodar"a keçidi ötən gün rəsmən açıqlanıb. Qeyri-rəsmi məlumatlara görə, "Krasnodar" "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək. Bu isə Azərbaycan futbol transferi tarixində yeni rekorddur. Braziliyalı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Xatırladaq ki, Kadi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, bu mövsüm 31 oyunda 8 qol vurub və 11 qolun ötürməsini verib.
- “Zevs”in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi
- Bakıda zibillikdən “Şevrolet Kobalt” tapıldı - Foto
- Anar Əliyev Salyanda vətəndaşları qəbul etdi
- Nazirdən maraqlı izah: 8 min qoyub, 3 aya...
- ABB istifadəçilərinə mühüm xəbərdarlıq: Əlavə vəsait silinir
- Xətaidə xalq şairinin yubileyi təntənəli qeyd olundu - Video
- Neftçalada axund qara bayrağı polisə təhvil verdi
- Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək