Gecə saatlarından yağan qara görə Bakı şəhər ərazisində Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları, həmçinin, Dövlət Yol Polisinin bütün şəxsi heyəti səfərbər edilib. Lakin yağıntının miqdarı normadan artıq olduğu üçün nəqliyyatın hərəkətində problemlər yaranıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O, əvvəlcədən sürücülərə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sürücülərin mövsümə uyğun olmayan yay təkərlərindən istifadə etdiyini bildirib:
“Hava şəraitinə görə Bakı şəhərində bu dəqiqəyə qədər 35 yol hadisəsi baş verib. Lakin hadisələr zamanı ölən və xəsarət alan olmayıb”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
A.Əlizadə bir daha sürücülərə müraciət edərək, bir neçə gün ərzində ictimai nəqliyyata üstünlük vermələrini xahiş edib:
“Şəxsi avtomobillərin istifadəsi zamanı isə sürücülər qış mövsümünə uyğun, sürüşməyən təkərlərdən istifadə etsinlər.
Paytaxtımız üçün qarlı hava şəraiti xarakterik deyil. İstər-istəməz sürücülər də normal hava şəraitində avtomobilləri idarə etməyə öyrəşiblər. Buna görə, belə havada sürücülük təcrübəsi olmayanlar şəxsi avtomobillərin istifadə etməsinlər”.
O qeyd edib ki, hazırda DYP olaraq tam şəxsi heyət küçə və prospektlərdə hərəkətin tənzimlənməsi üçün səfərbər olunub.
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan