Şamaxıda doğulan, “Oleq Bakinski” kimi tanınan kriminal avtoritet, sabiq idmançı və tanınmış iş adamı Oleq Krapivin ətrafında Ukraynada başladılan proses davam edir.
BUTA.TV xəbər verir ki, bir müddət öncə onun Ukraynaya girişinin qadağan edildiyi haqda məlumat vermişdik. Hazırda Oleq Bakinski hüquqlarının bərpa edilməsi və Ukraynaya giriş qadağasının aradan qaldırılması üçün məhkəməyə müraciət edib. Kiyev İnzibati Məhkəməsi artıq onun şikayət ərizəsini qəbul edib və bu ayın sonuna qədər prosesin keçiriləcəyi istisna edilmir.
Bu arada Ukrayna lideri Vladimir Zelenskinin Rusiyaya xidmət edən müxalif deputatların (Viktor Medvedçuk, Andrey Derkaç, Taras Kozak və Renat Kuzmin) vətəndaşlığını ləğv etməsi ilə onların əmlakının müsadirə edilməsi prosesinə başlanmasının presedent olacağı haqda informasiya yayılıb. Yenipress.az-ın yazdığına görə, “Rusiyaya işlədiyi” barədə faktlar olan şəxslərin vətəndaşlığının ləğvi, ölkəyə girişinin qadağan edilməsi və Ukraynadakı əmlakının müsadirəsi təcrübəsi genişlənə bilər.
Yayılan bu informasiya fonunda Oleq Bakisnkiyə qarşı Ukrayna mediasının başlatdığı kampaniyadakı detallar diqqət cəlb etməyə bilməz. Belə ki, Ukrayna mediası Oleq Bakinskinin yalnız kriminal avtoritet olması barədə faktlara istinadən detallı məlumat verməklə kifayətlənməmiş, onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrindən də bəhs etmişdi. İddia edilirdi ki, Oleq Bakinskinin Rusiya vətəndaşlığı var, Rusiya FTX-sinin (FSB) generaliteti ilə sıx əlaqələrə sahibdir və onlara kəşfiyyat xarakterli məlumatlar ötürür. Hətta onun “FTX-dən aldığı yeni tapşırığı icra etmək üçün” Ukraynaya geri dönməyə çalışdığı da bildirilirdi.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Bu isə o deməkdir ki, Oleq Bakinskinin Ukraynaya girişinə qadağa qoymaqla yanaşı, onun əmlaklarının da müsadirəsi gözlənilir.
Yada salaq ki, Oleq Krapivinin Ukraynada çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. “Forbes”in məlumatına görə, o, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə göstərilmişdi.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...