Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların verilməsinə başlanıb, proses 13 yanvarda tam yekunlaşacaq. Yaxın günlərdə respublikanın digər bölgələri üzrə, həmçinin güzəştli şərtlərlə pensiya alanların da pensiyası ödəniləcək.
BUTA.TV xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov Xəzər TV-yə bildirib.
Onun sözlərinə görə, yanvar ayı üzrə pensiyalar artımla ödənilib, məhz bu səbəbdən də ənənəvi vaxtdan bir neçə gün gecikib.
Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajina görə əlavələr alan pensiyaçılara da ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım bu ayın əvvəlindən onların pensiyasına əlavə edilib.
Gözlənilən artımların nə vaxtdan ödəniləcəyi ilə bağlı əlavə məlumat veriləcək.
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi
- Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq
- Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
- İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy
- Bu deputatlara vəzifə veriləcək - Siyahı
- Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq
- 3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı