Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Elnarə Dadaşova ilə görüşüb.
BUTA.TV xəbər verir ki, millət vəkili onu yanvarın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyasında keçiriləcək yubiley gecəsi və yubileyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.
Milli Məclisdə baş tutan görüşdə tanınmış sənətşünas alim, pedaqoq və bəstəkarın yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan komitə sədri ona Mədəniyyət Komitəsi adından hədiyyə və təbrik məktubu təqdim edib.
- “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” - İctimai müzakirə
- ADY Çindən yeni sərnişin qatarları almağı planlaşdırır
- Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama - Təcili
- Sabah qatarlar bu qrafiklə işləyəcək
- Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir
- Bakıda daş karxanasında faciəvi ölüm...
- Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
- Bakıda 21 yaşlı oğlan dənizdə batdı