Xəbər verdiyimiz kimi, Suraxanı rayonu ərazisində - Aeroport yolunda motosikletdə sərnişin qismində əyləşən azyaşlı qızın heç bir təhlükəsizlik vasitəsindən istifadə etməməsi narahatlığa səbəb olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab
- Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?
- Xamenei ordunun başına onu gətirdi