Bulvardakı məşhur attraksion təmir ediləcək

21:21 - 23 İyun 2026 - GÜNDƏM

 Bulvardakı məşhur attraksion təmir ediləcək

Dənizkənarı Milli Parkda (Bakı bulvarı) yerləşən "Panorama" attraksionu təmir olunacaq.

BUTA.TV Baku.vs-yə istinadən xəbər verir ki, təmir işlərini Dənizkənarı Bulvar İdarəsi həyata keçirəcək.

Məlumata görə, layihənin ehtimal olunan dəyəri 407 610.47 manat təşkil edir.

Satınalma çərçivəsində attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsizlik sınaqlarının aparılması, profilaktik yoxlamalar və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı zooparkı ləğv olunur

Həmçinin çarxın əyləc sistemləri, hidravlik silindrləri, hərəkət mexanizmi və nasos sistemlərinə il ərzində müntəzəm texniki xidmət göstəriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol