İmtahan bitən kimi “ictimai ekspertiza başlayır”.
BUTA.TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və Baku TV-yə birgə müsahibəsində bildirib.
DİM sədrinin sözlərinə görə, sualların proqramdan kənar olması ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb:
"Ümumiyyətlə bizim imtahan modelimiz tamamilə açıq modeldir. Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün “ictimai ekspertiza” başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Hətta bu gün süni intellekt alətləri, o cümlədən ChatGPT vasitəsilə də sualların təhlili mümkündür. Biz həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, “bu sual dərslikdə yoxdur”.
“Proqramdan kənardır” yox, “məktəbdə keçməmişik”, “proqramda var, amma keçməmişik” kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir. Proqram var, dərslik var və biz bunları mütəmadi olaraq dərc edirik. Əgər doğrudan da proqramdan kənar sual olsaydı, bu, ciddi bir məsələ kimi dərhal gündəmə gələrdi və araşdırılardı".
- Bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
- İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri
- Övladını təhlükəli vəziyyətdə motosikletlə apardı - Saxlanıldı
- Müavinət, təqaüd və sosial yardımlar bu tarixdə ödəniləcək
- Azərbaycan İrandan kerosin idxalını kəskin artırdı
- "Azercell" və "Samsung"dan yeni kampaniya!
- Kəmaləddin Heydərov FHN komandalarının üzvləri ilə görüşdü - Video
- Bu kənddə evləri aylıq 12 min manata kirayə verirlər