Kinorejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi kassada 1,922 milyard dollar gəlir əldə edərək “Hörümçək adam: Evə yol yoxdur” filmini geridə qoyub. Kemeronun blokbasteri həm də tarixdə ən çox gəlir gətirən altıncı film olub.
Kult.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Mütəxəssislər “Avatar 2”nin bu həftəsonu 2 milyard dollar həddini keçəcəyini və filmin 2,048 milyard dollar gəlir əldə edən “Avengers: Infinity War” filmini geridə qoyacağını proqnozlaşdırırlar.
Kemeron daha əvvəl bəyan etmişdi ki, “Avatar 2”nin bütün zamanların ən çox gəlir gətirən ilk 10 filmi sırasına düşməsi gərəkdir.
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- İlham Əliyev fərman imzaladı
- Masazırda normal səki mövcud deyil - Ekspert
- Qum adasında əməliyyat: saxlanılan var - Video
- Bakıda tələbələrin məzun gecəsi son anda ləğv edildi
- Sabah Bakıya yağış yağacaq
- Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb