Güclü leysan yağışları səbəbindən Serbiyanın cənub bölgələrində fövqəladə vəziyyət elan olunub.
BUTA.TV xəbər verir ki, iki gündür davam edən leysan yağışlarının səbəb olduğu daşqınlar xüsusilə də Sancak bölgəsindəki Priyepolye, Novi Pazar və Syenitsa şəhərlərində fəsadlar törədib. Bölgədəki Trnaviça, Yosanitsa və Raska çayları daşıb. Trnaviça çayında yolun çökməsi nəticəsində iki nəfərin öldüyü bildirilir. Şəhər rəhbərliyi vətəndaşları çaylardan və potensial təhlükəli körpülərdən uzaq durmağa çağırıb.
Syenitsada isə evlər, məktəblər və iş yerləri daxil olmaqla 200-dən çox bina su altında qalıb. Lima çayında suyun səviyyəsinin saatda 7 santimetr artdığı bildirilib. Priyepolyedə kiçik çayların daşdığı bəzi ərazilərdə risk altında olan vətəndaşlar təxliyə olunub.
Rəsmilər yaxın günlərdə yağıntıların artacağı barədə xəbərdarlıq edib.
- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi
- DSMF BMT mükafatına layiq görüldü
- Prezident səfiri geri çağırdı - Sərəncam
- Bu metro stansiyalarında lift olacaq
- Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!