Təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşünün ən tez zamanda reallaşmasına biz hazırıq. İndi hər şey qarşı tərəfdən asılıdır.
BUTA.TV xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, görüşdən imtina məsuliyyətsiz addımların bariz nümunəsidir:
"Son günlər Ermənistan tərəfindən manipulyasiya siyasətini görürük. Onları yanlış mövqedən çəkinməyə çağırırıq.
Sülh gündəliyinin irəli aparılması hər zaman Azərbaycanın təşəbbüsü olub. Bundan sonrakı bütün prinsiplər də Azərbaycan tərəfindən qarşı tərəfə təqdim edilmişdi", - nazir əlavə edib.
- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi
- DSMF BMT mükafatına layiq görüldü
- Prezident səfiri geri çağırdı - Sərəncam
- Bu metro stansiyalarında lift olacaq
- Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!