44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Biz bu gün burada bütün şəhidlərimizi yad edirik. Allah 20 Yanvar şəhidlərinə, ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə can sağlığı arzu edirəm"
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.
"Mən burdakıların hər birini ayrı-ayrılıqda tanıyıram, onların qəbirə necə qoyulduqlarının şahidi olmuşam. Burdakı qəbirlərinin qazılmasını çox yaxşı xatırlayıram. Mən şəhidlərimizin burada dəfn edilməsi üçün təkid etdim. Dəfn üçün təchizat belə vermədilər bizə. Qar yağırdı, hava çox soyuq idi. İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar. Çox çətin idi. Bizə dövlət kömək etmədi. Xalq toplaşıb, şəhid oğullarını dəfn elədi. Amma bizim torpaqlarımız azad oldu, biz özümüzü tanıdıq. Azərbaycanın müstəqilliyinə görə biz şəhidlərimizə dua etməli, onları unutmamalıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin", - A.Paşazadə qeyd edib.
- Taksidə gediş haqqı bahalaşdı - 10 faizlik artım
- Dollar çökür? – “Bank of America”dan TƏCİLİ açıqlama
- İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
- Bələdiyyələrlə əlaqədar 14 cinayət işi açıldı
- İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alındı
- Azərbaycanda 39 yaşlı vəkil qəfil öldü - Foto
- Ölkəmizdə bu məhsullar qadağandır: ancaq tələbat artır, çarə tükənir...
- Leyla Əliyeva Göygölün füsunkar mənzərəsindən fotolar paylaşdı