Son bir ildə Naxçıvan Mərkəzi Xəstəxanasından 27 həkim işdən çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ovqat.com məlumat yayıb.
Bildirilib ki, Naxcivan MR-də aparılan struktur dəyişikliklərindən sonra Səhiyyə Nazirliyindən xəstələrdən əlavə ödənişlərin alınmamasıyla bağlı tapşırıq verilib. Nəticədə xəstə sayında bir neçə dəfə artım olub ki, bu da həkim çatışmazlığı probleminə yol açıb, həkimlərin iş yükü kəskin artıb.
“Həkimlər iş saatından əlavə işləməyə məcbur edilir, əlavə növbələrə salınır, hətta növbədən çıxan həkimlər belə evə buraxılmırlar. İstirahət günləri növbəyə cəlb olunan həkimlərə isə ertəsi gün də istirahət verilmir. Növbə pulu, işdən sonra çağırılan həkimlərə xüsusi ödəniş, əlavə sığorta və s. ödənilmir”, - məlumatda qeyd edilib.
Bu gərginliyə dözməyən həkimlər işdən uzaqlaşıblar.
- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi
- DSMF BMT mükafatına layiq görüldü
- Prezident səfiri geri çağırdı - Sərəncam
- Bu metro stansiyalarında lift olacaq
- Onlar şəxsi jetonla təmin ediləcək - İlham Əliyev təsdiqlədi
- Venesueladakı zəlzələdə 164 nəfər öldü - Yenilənib
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!