Azərbaycanlı fəalların Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan ərazilərdə yataqların qanunsuz istismarına qarşı aksiyasının davam etməsinə baxmayaraq, Qırmızı Xaç Cəmiyyətinə məxsus humanitar yardım yük avtomobilləri və təchizat maşınları Laçın yolu ilə maneəsiz keçərək, Xankəndiyə yük aparır.
BUTA.TV xəbər verir ki, bu barədə “The Toronto Sun” qəzetində dərc olunmuş məqalədə bildirilib.
“Nümayişçilər Qarabağda ermənilərin nəzarəti altında olan yataqların ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün nəhayət müfəttişlərə icazə verilməsini tələb etsələr də, istəklərinə nail ola bilmirlər, çünki Rusiya sülhməramlı qüvvələri və dağ-mədən şirkətləri mütəxəssisləri əraziyə buraxmaqdan imtina edirlər”, - məqalədə qeyd olunub.
Etirazçılar 10 yerli ekoloji QHT-nin universitet yaşında olan gənclərdən ibarətdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin 2019-cu il hesabatında iddia edilir ki, regionun çaylarında işlənməkdə olan mədənlərdən atılan zəhərli tullantılar aşkar edilib.
“Azərbaycan haqqında” adlı turizm şirkətinin təsisçisi, fəal Adnan Hüseyn bildirib: “İstəyirəm dünya bilsin ki, biz ölkəmizin ətraf mühitini qorumaq istəyirik. Beynəlxalq ictimaiyyət buna məhəl qoymur. Günahsız insanlar ətraf mühitə dəyən ziyana görə gələcəkdə xəstələnmək riski ilə üz-üzədir".
Hökumət mədənçıxarma şirkətlərinin qanunsuz hərəkətlərini əks etdirən 30 illik peyk görüntülərini yayımlayıb. Söhbət, “Base Metals” şirkəti tərəfindən işlənən “Qızılbulaq” qızıl mədənindən və “Dəmirli” mis-molibden yatağından gedir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti qanunsuz fəaliyyət göstərən mədənçıxarma şirkətlərinin adlarını açıqlayıb. Bunlar Kanadanın "Sterlite Gold" və "First Dynasty Mines" şirkətləri, İsveçrənin "Base Metals", Rusiyanın "Geopro Mining Gold", Ermənistanın "Copper Program", ABŞ-ın "Global Gold" və Hindistanın "Vedanta Resources" şirkətləridir.
Gürcüstan Yəhudi İcmasının sədri ravvin Zamir İsayev nümayişə qoşulmaq üçün Azərbaycanın paytaxtı Bakıdan 5 saat yol qət edib: "Mən ekofəalları dəstəkləməyə gəlmişəm. Biz ermənilərin 30 ildir ki, təbiətə qarşı törətdiyi dağıntıların əleyhinəyik. Biz işğaldan azad edilmiş əraziyə getmək, mədənlərin yerləşdiyi yerlərə baxış keçirmək, orada nələrin baş verdiyini və təbiətin necə məhv edildiyini görmək istəyirik”.
Ravvin aksiyaların dinc xarakter daşıdığını və yolun bağlanmadığını söyləyib: "İnsanlar mülki və humanitar avtomobil karvanlarına yol verdiklərinə əmin olmalıdırlar".
“The Toronto Sun” qəzeti Qırmızı Xaç Cəmiyyətinə məxsus humanitar yardım yük avtomobillərinin və təchizat maşınlarının maneəsiz keçməsinə şərait yaradılmasına icazə verildiyini təsdiqləyib.
Qəzet “Report”a istinadən xəbər verir ki, 2022-ci ilin dekabr ayında mədənlərə müfəttişlərin buraxılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri ilə Rusiya sülhməramlı kontingenti arasında razılıq əldə olunub. Lakin Ermənistanın qəti etirazlarından sonra Rusiya sülhməramlıları müfəttişlərin əraziyə daxil olmasına imkan yaratmayıblar.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər