Azərbaycanda ümumi şəkildə 4,5 milyon hektar torpaq kənd təsərrüfatına yararlıdır. 1995-ci ildən, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan torpaq islahatı nəticəsində 1,4 milyon hektar əkin sahəsi 3,5 milyon insana və ya 892 min ailəyə bölünüb. Problem ondadır ki, orta hesabla hər bir ailəyə cəmi 0,4 hektar torpaq düşür. Bu, çox kiçik sahədir və xüsusilə Lənkəran və Astara bölgələrində torpaq sahələri ölkə ortalamasından da aşağıdır.
BUTA.TV xəbər verir ki. bu sözləri AMEA-nın müxbir üzvü, professor, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Teleqraf-a geniş müsahibəsində deyib.
“Kiçik pay torpaqlarda yüksək məhsuldarlığa nail olmaq çətindir. Məsələn, dünən bir kolxozda pambıq əkilirdi, amma indi həmin 50 hektar 50 adama paylanıb. Hər bir ailə fərdi suvarma sistemləri, kombayn və digər texnika gətirir, nəticədə torpaq səmərəsiz istifadə olunur və müəyyən hissəsi yararsız hala düşür.
Milli Məclis iri təsərrüfatların yaradılması ilə bağlı qanun qəbul edib. Bununla yanaşı, bələdiyyə və dövlət torpaqlarında aqroparklar salınıb. Hazırda 32 rayonda 50-dən çox aqropark fəaliyyət göstərir. Dövlət fermerlərə maliyyə dəstəyi verir, qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda onlar kifayət qədər subsidiya ilə təmin olunur. Bu subsidiyalar sistemi maldarlıq sahəsində də tətbiq olunur. Məsələn, bir fermer traktor aldıqda onun dəyərinin 40%-i dövlət tərəfindən ödənilir, 20%-i fermerin öz öhdəsinə düşür, qalan 40%-ni isə dövlət beş il müddətində ödəmək imkanı verir”, - o bildirib.
- Polis olmaq istəyən qadınların nəzərinə!
- “Okuklu Holding”in qanunsuz tikinti cəhdi polis tərəfindən dayandırıldı
- 4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa buraxıldı
- Taksidə gediş haqqı bahalaşdı - 10 faizlik artım
- Dollar çökür? – “Bank of America”dan TƏCİLİ açıqlama
- İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
- Bələdiyyələrlə əlaqədar 14 cinayət işi açıldı
- İrandan 10 kq narkotikin keçirilməsinin qarşısı alındı