“Okuklu Holding” tikinti materialları anbarının yerləşdiyi ərazini qonşu sahədə inşa edilən yaşayış kompleksi layihəsi üçün nəzərdə tutulmuş torpaq sahəsinə qanunsuz şəkildə genişləndirməyə cəhd edib. Məlumata görə, şirkət ərazini plana düşdüyündə daha çox maddi vəsait əldə etmək məqsədilə tikinti işlərini aparıb, ərazi və mövcud tikililəri böyütməyə çalışıb. Qanunsuz tikilinin sökülməsi zamanı mübahisə yaranıb və bunun ardınca dava-dalaş baş verib.
BUTA.TV xəbər verir ki, gizli aparılan tikintidən sonradan həmin ərazinin sahibindən maddi tələblər irəli sürmək üçün istifadə ediləcəyi planlaşdırılıb.
Bu, daşınmaz əmlak sahəsində təzyiq və şantaj elementləri daşıyan qeyri-qanuni sxemlərə bənzəyir. Uzun illərdir Azərbaycanda tikinti materiallarının satışını həyata keçirən Yılmaz Okuklunun bu hərəkətlərinin şəhərsalma və tikinti qanunvericiliyinin kobud şəkildə pozulması olduğu vurğulanır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib və faktlar araşdırılır.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunub. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi bildirilir.
DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, insidentin qarşısı alınıb:
“Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub. Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.
- Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
- Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
- Rusiyanın daha bir neft emalı zavodu vuruldu - Video
- Məşhur xəritə də Ontario gölünün adını dəyişdi - Foto
- Rus ordusu daha iki kəndi işğal etdi
- Xamenei bütün müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı
- Psixoloq azyaşlı uşağa şiddət göstərdi - Video+Yenilənib
- AB-nin qaz ehtiyatları kəskin azaldı