Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş iclasında 79 dərman vasitəsinin qiymətləri təsdiqlənib.
Şuradan BUTA.TV-a verilən məlumata görə, yeni dövlət qeydiyyatına alınmış 48 dərman vasitəsinin qiyməti təsdiq və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 31 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Şuranın 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər edilib. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir və onların tam siyahısı Şurasının internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.
- Türkan Gündüzü qətlə yetirən ərinə hökm oxundu
- Xəzərin sahilində quş cəsədləri aşkarlandı - Video
- Ağamalının xanımı: Müayinə üçün getmişdi, dünyasını dəyişdi
- Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
- Azərbaycanda şiferlər qadağan edilir
- Azərişıq ASC-nin yaranmasının 11 ili tamam olur
- Sabah Bakıya qar yağacaq
- Tərtərdə ağır qəza: ölən var - Foto