Nepalda daşqınların vurduğu ziyan bir neçə milyard dollara çata bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Svarnim Vaqle “Blumberq”ə açıqlamasında bildirib.
“Ümumi itkilər və zərər təxminən bir həftə ərzində qiymətləndiriləcək. Düşünürəm ki, bu məbləğ ən azı bir neçə milyard dollar olacaq", - Vaqle qeyd edib.
Onun sözlərinə görə, Dünya Bankı digər layihələr üçün nəzərdə tutulan bölüşdürülməmiş vəsaitlərinin ən azı 10%-ni Nepalın humanitar ehtiyaclarına yönəltməyi öhdəsinə götürüb. Bu məbləğ təxminən 160 milyon dollar təşkil edəcək.
Nazir əlavə edib ki, əlavə olaraq, Asiya İnkişaf Bankı 5 milyon dollar ayırmaq niyyətindədir.
- Məktub 113 il sonra yetişdi...
- İsrail HƏMAS komandirini zərərsizləşdirdi
- Fidan misirli və qətərli həmkarı ilə danışdı
- Avropa ilə münasibətlərin yaxşılaşacağına... - Peskov
- Almaniyada dron insidenti: Rusiya günahlandırılır
- Rusiya ordusu daha 3 kəndi işğal etdi
- ABŞ enerji bazalarını manipulyasiya edir - Arakçı
- Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı: Kiyevə xəbərdarlıq...